«Azərbaycan – İrs»

 


- Azərb. çap olunan mədəni-maarifçilik yönümlü jurnal. 1996 ildə «Azərbaycan Mədəniyyətinin Dostları» fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən təsis edilmişdir.

Jurnal azərb., ingilis və rus dillərində nəşr olunur. Jurnalın redaksiya heyətinə Azərb. görkəmli elm, mədəniyyət və incəsənət xadimləri daxildir: baş redaktor – akademik Arif Paşayev; nəşr redaktoru – filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayeva; redaktor – akademik Çingiz Qacar; bədii redaktor – xalq artisti, professor Fərhad Bədəlbəyli; jurnalın direktoru – sənətşünaslıq namizədi İbrahim Quliyevdir.

Jurnalın səhifələrində Azərb. tarixi, mədəniyyəti, incəsənəti barədə məqalələr çap edilir, bu günə kimi heç bir yerdə nəşr olunmamış maraqlı məlumatlar, xarici ölkələrin muzeylərində saxlanılan Azərb. tarixi ilə bağlı eksponatlar və s. çap olunur.

Azərb. mədəniyyətini xarici ölkələrdə daha da geniş təbliğ etmək məqsədi ilə jurnalın artıq 16 nömrəsi bir çox ölkələrdə yayılmışdır.