Kulminasiya
(lat. culmen – zirvə)
– musiqi əsərində
və ya bunun nisbətən tamamlanmış hissəsində
inkişafın yüksək nöqtəsi, zirvəsidir.
K.-nın yaranmasında musiqi ifadə vasitələri
iştirak edir və bu, dinamikanın,
ştrixin dəyişməsi, diapazonun yüksəlməsi və s.
vasitələrlə əldə edilir.