– musiqidə əsas ladlardan
biri; major-minor lad
sistemini əmələ gətirən ladlardan biri.
Səssırasının əsasını ladın sabit
pillələrindən (1,3,5-ci pillələr) əmələ
gələn böyük (major) üçsəslik təşkil
edir; ladın qeyri-sabit pillələri (2,4,6,7-ci pillələr)
və dominant septakkord bu üçsəsliyə həll
olur.
Növləri: a) natural major; b) harmonik major; c) melodik major.