Məclis


- oturmaq yeri, yığıncaq yeri. Mədrəsədə “dərs otağı”, “qəbul otağı”, “görüş yeri” mənalarında istifadə olunur. Müasir dövrdə Türikiyə, İran və Azərb. parlament mənasında da istifadə olunur.

Müsəlman ölkələrində məclislər ictimai və mədəni həyatda geniş yayılmışdır. Xüsusilə alimləri, şairləri, xanəndə və musiqi ifaçılarını özündə birləşdirən məclislər mədəniyyət tarixinin inkişafında mühüm rol oynamışdır.