Pauza
(yunan. pausis – fasilə)


– 1.Musiqinin səslənməsində müvəqqəti olaraq fasilə: əsərin müxtəlif yerlərində, hər hansı bir səsdə verilir. 2. Fasilənin uzunluğunu bildirən işarə. Pauza notların uzunluğuna bərabər olur. Növləri: bütöv pauza, yarım pauza, çərək pauza, səkkizlik pauza və s.