Rəməl

 


– musiqi bəhri. Bir çox növü var. Bu növlər özlüyündə müəyyən təqsimat daxilində qruplaşdırılır. Burada səslərin “hərəkat” və “sekunat” cəhətincə təvazön (müvazinət) və tənasibi əsas rol oynayır.

Ərəb – İran klassik musiqisində rəməl bəhri rəməl-xəfif və rəməl-səqil təqsimlərinə ayrılır. Bunlardan rəməl-səqil iki şəkildə olur:

a) fəilatün təfiləsinin dörd dəfə təkrarlanmasından əmələ gələn bəhr;

b) fəilatün-fəilün-məfulün-məfulün-fəilün təfilələrinin ardıcıl birləşməsindən düzələn bəhr.

Azərbaycan musiqisində də rəməl bəhri ən çox işlənən ölçülərdən biridir.