Bəhr


– musiqi vəzninin təşəkkül sistemi. Əgər vəzn musiqi səslərinin zaman ərzində səslənmə müddəti ilə əlaqədar olan ölçüdəki qarşılıqlı nisbəti ifadə edirsə, bəhr səslərin bu hərəkət ahəngində olan həmin bu nisbətin meyarı vəzifəsini daşıyır və ölçü normasını təsbit və tənzim etmiş olur. Musiqi səslərinin məntiqi, həm də mənalı surətdə təkrarlanması və növbələnməsi (ahəng) üçün bəhr təşəkkülünün olması zəruridir. Ən mürəkkəb, ən qarışıq və ən dolaşıq görünən vəzn müəyyən bəhr qəlibinə yerləşdirilə bilər.

Sərbəst improvizasiya yolu ilə ifa olunan Azərbaycan muğamlarının bəhri həm olduqca mürəkkəb, həm də tez – tez dəyişəndir.