Vəzn (ölçü)
– vurğulu və ya vurğusuz hecaların sayı, yaxud
uzun və qısa hecaların düzülüş qaydasıdır.
1.Heca vəzni - şeirdə ritmik hissələrin – vurğuların
növbələşməsinə əsaslanan vəzndir
(aşıq yaradıcılığı, beşik mahnıları,
bayatılar və
s. bu vəzndə qurulur).
2.Əruz vəzni - ərəb klassik şeirindən
Azərbaycan poeziyasına keçmişdir. Ə.v.-nin
əsasını hecaların uzadılması və qısa
söylənməsi, mütənasib növbələşməsi
təşkil edir.
Ə.v.-nin 20-yə qədər bəhri var: həzəc,
rəməl, müzare,
bəhri-təvil və s.