Rübab (rebab)

 


simli dartımlı musiqi aləti. Vaxtilə bütün Yaxın Şərq xalqlarının musiqi məişətində geniş istifadə olunmuşdur. Hazırda başlıca olaraq Orta Asiya xalqlarının şalğışıları tərəfindən çox bəyənilir.

Rübabın bir çox növləri var. Hər növ intişar tapdığı məhəllin adı ilə adlanır; məs.: tacik rübabı, qaşqar rübabı, əfqan rübabı və s.Bəzən tamamilə eyni növdə və eyni konstruksiyada olan rübab başqa – başqa adlandırılır.

Rübabın əsas olaraq üç simi var, lakin rezonans vermək üçün çox zaman əlavə bir neçə sim də qoşulur. Rübab simləri qaramal buynuzundan hazırlanan kiçik mizrabla səsləndirilir.