Takt (xanə)

(lat. tactus – təsir, təmas)


– musiqi ölçüsü daxilində bir qüvvətli vurğudan növbəti qüvvətli vurğuya kimi yerləşən və fasiləsiz olaraq təkrarlanan metrik hissə.

Xanələr not yazısında xanə xətti ilə bir-birindən ayrılır. Xanənin quruluşu xanə ölçüsü ilə (metr) ifadə olunur. Xanələrin növləri:

a) sadə xanələr – bir qüvvətli vurğuya malikdir. Məsələn, 2/4,3/4,3/8.

b) mürəkkəb xanələr – iki və daha artıq qüvvətli vurğuya malikdir.Məsələn, 4/4,6/8 və s.