Xromatizm

(yun. chroma – rəng)


- eyni adlı, lakin müxtəlif yüksəklikdə yerləşən səslərin ardıcıllaşması, yaxud qovuşdurulması. Qədim yunanlar diatonik səssırasının 7 pilləsini göy qurşağındakı 7 rənglə müqayisə edirdilər; yarımtonlar isə əsas rənglərdən yaranan boyalara bənzədilirdi;