Yallı

 


– Azərbaycan xalq rəqs sənətinin ən qədim növü. Yallı böyük bir dəstənin birgə iştirakı ilə ifa olunur. Dəstənin başında əlindəki yaylığı (dəsmalı) yellədərək qabaqda gedən “yallıbaşı” durur. Başqa iştirakçılar isə qollarını açaraq bir – birilərinin çeçələ barmağından tutur, ya da əllərini bir – birilərinin çiyninə qoyurlar.

Yallı rəqsi üç hissədən ibarətdir: rəqs əvvəlcə təntənəli və aram addımlarla başlanır, getdikcə sürəti artmağa başlayır və texniki cəhətdən mürəkkəb tullanma hərəkətlərlə davam etdirildikdən sonra əvvəlki təntənəli vəaram yürüşlə tamamlanır.

Loading the player...