Dastan


– şifahi ənənəli xalq qəhrəmanları haqqında epik hekayət, ədəbiyyatda və musiqidə janr.

Azərbaycan aşıq yaradıcılığının məhsulu. Aşıqlar tərəfindən yaradılan və ifa olunan nəsr, şeir və musiqi hissələrini özündə cəmləşdirən iri həcmli əsər.

Aşıq yaradıcılığında öz həcmi etibarı ilə ən geniş musiqili epik əsər. Məzmununa görə iki növə ayrılır:

a) Qəhrəmanlıq dastanları (epik dastan);

b) Məhəbbət dastanları (lirik dastan).

Loading the player...
Koroğlu dastanı

Loading the player...
- Dastan. Aqşin Əlizadə. İfaçı - Murad Adıgözəlzadə.