Dominant funksiyası
– major-minor lad sistemində dominanta üçsəslisinin və ya dominanta
septakkordunun daşıdığı vəzifə: qeyri-sabit
xarakterli olub, tonika üşsəslisinə həll
olunur. D hərfi ilə işarə olunur.
VII harmonik pillədə (harmonik minorda yarımton artırılmış VII
pillə) qurulmuş akkordlar – septakkord, kvintsekstakkord, sekstakkord və III pillənin
sekstakkordu dominanta funksiyasına aid edilir.
bax: Kadans.