Fuqa
(lat., ital. fuga – qaçış)
– çoxsəsli əsər növü;
polifonik çoxsəslilikdə ən
inkişaflı imitasiyalı forma; bir mövzunun imitasiyalı
(tonika dominanta münasibətində) ifadəsinə
və tonal kontrapunkt işlənməsinə əsaslanır.
3, 4, 5 səsli olur. Müxtəlif polifonik üsullardan
istifadə edilir.
F.-nın növləri: a) sadə F. (bir mövzuya əsaslanır);
b) ikili F. (iki mövzu əsasında); c) üçqat
F. (üç mövzuya əsaslanır).
F. həm müstəqil əsər kimi yazılır,
həm də prelüdiya ilə birgə verilir, silsilə
formanın bir hissəsi də ola bilər.
- Q.Qarayev. XX prelüdiya
(fuqa formasında). İfa edir: Fərhad Bədəlbəyli.