Cingənə

 


tarın iki cüt ən zil simi. Bunlardan bir cütü tarın ağ simindən bir oktava yuxarı, o biri cütü isə tarın sarı simindən bir oktava yuxarı köklənir. Cingənə simlərini ilk dəfə XIX əsr Azərbaycan tarçısı və görkəmli musiqi sənətkarı Mirzə Sadıq Əsəd oğlu tətbiq etmişdir. Cingənə alikvot simlər olaraq həm tarın ümumi rezonansını artırır, həm də ifaçı tərəfindən mizrab ilə vurulduqda xüsusi effekt verir.

- İfa edir: Valeh Rəhimov.