Dəyişən məqam
– 1.Melodik lad – tərkibindəki səslərin saxlanılması
şərtilə tonika yerini dəyişərək, bu
və ya digər pillə melodiyanın sabit dayaq pilləsinə
çevrilir; başqa sözlə, müvəqqəti
olaraq melodik modulyasiya (melodik yönəlmə)
baş verir. Bax: Melodik ladlar.
2.Dəyişən lad –major və minorda tonikanın dəyişilməz
olaraq saxlanılması şərtilə əmələ
gələn lad; eyniadlı tonallığa keçidin
əsasını təşkil edir.
Bax: Lad modulyasiyası.