Kaman
(ital. arco)
– hər iki ucuna çox sayda at tükü bağlanmış
azca əyri çubuq. Simli alətlərdə səsçıxarma
vasitəsi kimi simlər üzərində sürüşdürülür.
– Azərbaycan zərbli
musiqi aləti. Adından da bəlli olduğu kimi,
kaman şəklində hazırlanan bu musiqi alətinin
yayına kiçik həcmli bir çox müxtəlif zınqırovlar,
çax-çax, şax-şax, halqalar və xırda zənglər
taxılır.
Çox vaxt yallı gedərkən yallıbaşı
kamanı bir əlində tutub silkələyərək
həm səsləndirir, həm də rəqsin ölçüsünü
oynaya – oynaya qeyd edir.