Mustafayev Ramiz Hacı oğlu


– (16.10.1926, Çərcou - 10.04.2008, Bakı) - bəstəkar, əməkdar incəsənət xadimi (1973), xalq artisti (1987), professor (2001).

“Şöhrət” ordeni (2001) ilə təltif olunmuşdur. ABİ-nin üzvü (1968-1973 illərdə İdarə Heyətinin katibi) olmuşdur. ADK-da iki ixtisas - vokal (1948-1953) və bəstəkarlıq (1953-1957) üzrə təhsil almışdır. 1948 ildən ömrünün sonuna kimi AzTRV QSC Xor kollektivinin xormeysteri, bədii rəhbəri və baş dirijoru olmuşdur. Eyni zamanda, ADK-da və AMK-da pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

R.Mustafayevin yaradıcılığı zəngindir. “Şirin” (1957), “Vaqif” (1960), “Polad” (1964), “Aydın” (1982) operalarının, bir neçə musiqili komediyanın, xor əsərlərinin, oratoriyakantataların, mahnı və romansların müəllifidir. “Vaqif” operası tarixi keçmişlə bağlı olub, böyük Azərb. şairi Molla Pənah Vaqifin yaşadığı dövrü və onun surətini dərindən açılmasına həsr olunmuşdur. Bəstəkar bu operada muğamlardan yaradıcılıqla bəhrələnmiş, o dövrün musiqi ənənələrini əks etdirmişdir.