Not sətirləri
– beş parallel horizontal düz xəttdən ibarət
sətir; üzərində notlar yazılır; xəttlər
aşağıdan yuxarı sayılır (birinci, ikinci,
üçüncü, dördüncü, beşinci);
səsin yüksəkliyini təyin etməyə xidmət
edir.
Not sətrində notlar a) xəttlərin üzərində;
b) xəttlərin arasında; c) yuxarıdakı xəttin
üstündə; d) aşağıdakı xəttin
altında yazılır. Eyni zamanda, not sətrindən
yuxarıda və aşağıda yazılan əlavə
xətlərdən də istifadə olunur.
Not sətrində yazılmış
notların adı və onların hansı oktavaya mənsub olması sətrin başlanğıcında
qoyulan açar işarəsi
ilə təyin olunur; yazılmış səslərin
yüksəkliyini dəqiqləşdirmək üçün
alterasiya işarələri tətbiq
edilir.
