Qaytağı


– melodik cəhətdən son dərəcə vazeh, müntəzəm, qəti və sürət (temp) etibarı ilə çox yeyin və dinamik olan Azərbaycan oyun havası. Musiqi ölçüsü başlıca olaraq 6/8 – dır, lakin musiqi cümlələri içərisində ikihissəli vəznlə üçhissəli vəznin ardıcıl surətdə növbələnməsinə də təsadüf edilir ki, bu da musiqinin itiliyini xeyli artırır. Qaytağı rəqs ifaçılığında oynayanlar arasında yarış duyğusu oyadır, onların çevikliyini, virtuozluq qabiliyyətini, yorulmamazlığını, gücünü, qüvvətini nümayiş etdirir.