Tonika funksiyası
– major-minor lad
sistemində I pillədən qurulan üçsəslinin
funksiyası; ladın
ən sabit akkordudur;
T hərfi ilə işarə olunur. Dominanta
funksiyasının akkordları Tonika funksiyasına aid
akkorda həll olur; eyni zamanda, bu funksiya harmonik hərəkəti
yekunlaşdırmaq imkanına malikdir. Bax: Kadans.