Xalis (prima, kvarta və s.)
– intervalın keyfiyyət göstəricisi.
Xalis intervallar qrupuna aid intervalların hər biri natural
majorun və ya minorun əsas pillələrindən
qurulur və bir müəyyən ölçüyə
malik olur. Buna görə onları xalis adlandırırlar.
Xalis intervallara prima, kvarta, kvinta və oktava aiddir.