A kapella

- xorun müşayiətsiz oxuması mənasında istifadə olunur.

İtalyanca “cappella” – kiçik kilsə deməkdir, orta əsrlərdə katolik kilsəsində musiqiçilər üçün ayrılan yeri bildirirdi. Əvvəllər ancaq kilsə xoru, sonralar isə həm də sarayda xidmət edən musiqiçilər qrupu Kapella adlandırılırdı.

Müasir dövrdə bu termin daha geniş məna kəsb edərək, xor musiqisində istifadə olunur; həm musiqi kollektivinə, həm də ifa tərzinə aid edilir.

Xor kapellası (Azərbaycan Dövlət Xor Kapellası) musiqi mədəniyyətində mühüm yer tutur.

Azərb. bəstəkarları tərəfindən a kapella xoru üçün çox sayda əsərlər, o cümlədən, muğamlarxalq mahnıları əsasında əsərlər bəstələnir.

N.Əliverdibəyovun “Bayatı-Şiraz” xor kompozisiyası a kapella xoru üçün yazılmış ilk muğam əsərlərindən biridir.

- Üzeyir Hacıbəyov. «Ey, Vətən». İfa: ART xoru.