İntervalın dönümü

 


– 1.İntervalın səslərinin oktava yuxarı və ya aşağı köçürülməklə, onların yerlərinin dəyişdirilməsi: alt səs (oturacaq) yuxarı səsə (zirvəyə) çevrilir və əksinə. İntervalların dönümü bu cədvəl üzrə özünü göstərir:

prima (1) – oktava (8);
sekunda (2) – septima (7);
tersiya (3) – seksta (6);
kvarta (4) – kvinta (5).

Dönmə zamanı intervalın keyfiyyəti dəyişir: böyük interval kiçik intervala, artırılmış interval əksildilmiş intervala çevrilir və əksinə.