Kadensiya
(lat. cadere; ital. cadenza – sonluq)
– 1.Virtuoz pyesin hər hansı bir hissəsinin
improvizə xarakterli geniş sonluğu.
Ansambl musiqisində solist tərəfindən
müşayiətsiz ifa olunur, K. solistin ifa məharətinin
parlaqlığının üzə çıxarılması
üçün tətbiq olunur və texniki baxımdan
çətin ifa üsullarından ibarətdir.
Çox vaxt solo partiyada ən parlaq yeri göstərir,
buna görə də K. adətən musiqi kompozisiyasının
ən gərgin anında, dönüş nöqtəsində
yerləşdirilir (sonata
formasında – kodadan və
ya reprizadan əvvəl).
K. daha çox tematik
motivlərin sərbəst işlənməsini əks
etdirən müxtəlif passajlarla qurulur.
XIX əsrin II onilliyinə kimi K. çox vaxt ifaçılar
tərəfindən yazılır və improvizasiya edilirdi.
2.Melodik və ya
harmonik hərəkətin
sonluğu, tamamlanması; kadansda
olduğu kimi.