Kamerton
(alm. Kammer – otaq + ton – səs)
– müəyyən yüksəklikdəki səsi zəif
harmonik əlavə
səslərlə dəqiq və aydın səsləndirən
kiçik portativ (yığcam, yüngül) alət;
İfa praktikasında alətin köklənməsi
üçün istifadə olunur.
A kapella oxuyan zaman
(müşayiətsiz) xorun rəhbəri səsin yüksəkliyini
K. vasitəsilə tapır və xorda
oxuyanlara göstərir (“xoru kökləyir”).