Kazımov Nazim Kazım oğlu



– (04.04.1950, Naxçıvan şəhəri) – tarzən, pedaqoq, əməkdar insəsənət xadimi (2006),pedaqoji elmlər namizədi (1997), professor (2008). 1966-1970 illərdə ADMT-nun «X.ç.a.» şöbəsində tar ixtisası üzrə təhsil almışdır.

Eyni zamanda, 1967-1973 illərdə A.D.U-nin filologiya fakultəsində oxumuşdur. 1973-1978 illərdə ADK-nın Xalq musiqisi fakultəsində xalq artisti, Dövlət mükafatı laureatı, professor Səid Rüstəmovun sinfində (tar ixtisası üzrə) təhsilini davam etdirmişdir.

1970 illərdən başlayaraq, Bakıda və Əli-Bayramlı şəhər musiqi məktəbində tar müəllimi kimi fəaliyyət göstərmiş, 1984-1992 illərdə həmin məktəbinin direktoru olmuşdur.

1992-2001 illərdə Azərb. Respublikası Təhsil Nazirliyində baş mütəxəssis vəzifəsində çalışmışdır. 2001 ildən AMK-sı tərkibində BMK-nin direktorudur. AMK-nın professorudur. «Tar ilə fortepiano üçün pyeslər» məcmuəsinin (1999), «Ümumtəhsil məktəblərində muğamların tədrisi məsələləri» (2000), «Ümumtəhsil məktəblərinin VII sinifləri üçün «Musiqi dərsliyi»nin (2004), metodik tövsiyyələr, proqramlar və elmi-publisistik məqalələrin müəllifidir. «Səid Rüstəmov» (2007), «Pedaqoji təsrübə» (2007),_«Musiqi Kolleci – 110» (2008) kitabları çapdan çıxmışdır.