Kürd-ovşarı

şur dəstgahı kökündə zərbi muğam. Fikrət Əmirovun bəstələdiyi eyni adlı məşhur simfonik muğamda ovşarı zərbli muğamı ilə yanaşı Maani (osmanlı) zərbi muğamından da geniş istifadə edilmiş və əsər “Şur” simfonik muğamının ibtida melodiyaları ilə tamamlanır ki, bu da hər iki əsər arasında gözəl tematik vəhdət yaratmış olur.

- İfa edir: Valeh Rəhimov.