Manəndə
(far. – kimi, bənzər, oxşar; manəndə-müxalif – müxalifə bənzər)


Zabol segahı dəstgahında orta segaha keçməzdən əvvəl muyə ilə segah arasında yerləşən şöbə. Birinci olaraq görkəmli Azərbaycan nəğməkarı Xan Şuşinskinin şəxsi yaradıcılıq təşəbbüsü üzrə hazırda ümümiyyətlə segah (o cümlədən Mirzə Hüseyn segahıYetim segah) muğamı manəndə-müxalifdən başlanıb sonra əsl segaha keçilir. Belə halda manəndə-müxalif oxunan dəstgahın bir növ müqəddiməsi mahiyyətini kəsb etmiş olur.

- İfa edir: Valeh Rəhimov.