Əfşarı

(ovşarı)


– 1. Şur kökündə olan zərbi muğamlardan biri;

2.Aşıq musiqi – şeir yaradıcılığında şur kökündə vokal – instrumental musiqi forması. Əsas ölçüsü zərbi muğamda olduğu kimi 2/4 – dir. Melodik və ritmik cəhətdən divani (bax) formasına çox oxşayır;

3.İran musiqisində şur dəstgahına mənsub şaxələrdən biri. Tərkibinə camədəran, bayatı-race, muyə, şikəstə, nəhib, qərai, Məsnəvişah Xətai şöbələri daxildir.