Hasar
(ər. hisar, far. hesar – istehkam, barı, çəpər,
mühasirə mənalarında)
– 1. çahargah dəstgahında müxalif
şöbəsindən əvvəl (bəstə-nigar şöbəsindən
sonra) ifa olunan parça. Melodik cəhətdən çahargahın
mayəsinə çox oxşayır, lakin çahargahdan
bir kvinta yuxarıda (tarı nəzərə alsaq, mayəsi sarı simin şah pərdəsinə
düşür) yerləşir;
2.zabol segahı dəstgahında çox
zaman mübərriğə şöbəsindən
sonra (manənd-müxalif şöbəsinə
keçməzdən əvvəl) hasar guşəsində
dayanılır.
- İfa edir: Valeh Rəhimov.