Elektron nəşrinin redaktorundan
Təhsil və kompüter texnologiyaları,
təhsil prosesinin müasir informasiyalarla dolğunlaşdırılması
həm pedaqoji, həm də mədəni-maarifçilik
baxımından yalnız elektron nəşr kimi mürəkkəb
bir məhsul, yaxud da şəbəkə informasiya resursları
vasitəsilə hərtərəfli inteqrasiya olunur.
Təqdim olunan «Muğam ensiklopediyası» məhz
belə məhsullara aid olub, müasir informasiya texnologiyalarının
istifadəsi baxımından tədris informasiya resursudur.
Öz mahiyyətinə görə bu, elektron dərsliyin
baza formasıdır.
Qəbul olunmuş məzmun – məna səviyyəsində
terminoloji lüğət-ensiklopediyada onun əsasını
təşkil edən informasiyanın kifayət qədər
dolğun olması nəzərdə tutulur. Bu kimi elektron
nəşrlər təkcə peşəkar musiqiçiləri,
musiqi, mədəniyyət və elm xadimlərini deyil,
həmçinin, ona müraciət edən hər bir virtual
oxucunu qane edir.
Bir tərəfdən, burada öz əksini
tapmış Azərbaycanın ənənəvi musiqisinə
dair informasiya və ya musiqi təcrübəsində
geniş istifadə olunan terminlər «Muğam ensiklopediyası»nın
nəşr formasına adekvatdır. Digər tərəfdən,
multimedia məhsulu kimi, o, müvafiq servislə: qeydlər,
hiperqeydlər, audio-vizual-videoqrafik əlavələr,
açar sözlərin axtarışı və s. ilə
xarakterizə olunur.
Terminlərin çoxtəbəqəli izahı,
hipermətnlərin verilməsi, böyük miqdarda didaktik
multimedia materialının daxil edilməsi Azərbaycanın
musiqi mədəniyyətinin tam şəkildə qavranılması
və mənimsənilməsinə şərait yaradır.
«Muğam ensiklopediyası» tədris, elmi və
maarifləndirmə yönümlü elektron nəşr
olub, virtual oxucunun Azərbaycanın ənənəvi
biliklərindən bəhrələnməsi üçün
sərbəst imkanlar açır, Şərq və Qərb
mədəniyyətləri kontekstində musiqi elmini zənginləşdirir.
Professor