Azərbaycan xalq çalği alətləri
- Xalqın məişətində geniş istifadə
olunan musiqi alətləri;
xalqın mədəniyyətinin mühüm göstəricilərindən
biri sayılır. Azərb. x.ç.a uzun əsrlər
boyu təkmilləşmə prosesi keçmiş, bəziləri
unudularaq istifadədən çıxmış, yeni alətlər
meydana gəlmiş, bəziləri qarşılıqlı
əlaqələr zəminində bir xalqdan digərinə
keçərək, yeni forma və ifaçılıq xüsusiyyətləri
kəsb etmişdir. Azərb. x.ç.a. quruluşuna, səslənmə
üsullarına, hazırlanma materialına görə
qruplara bölünür.
Simli alətlər:
tar, saz,
ud, tənbur
(mizrablı alətlər); kamanlı
alət: kamança;
dartımlı
alətlər: qanun,
çəng; simli-zərbli
alət: səntur
və s.; nəfəs
alətləri: zurna,
tütək, ney,
balaban və s.;
zərb alətləri:
nağara, qoşa
nağara, qaval,
dəf; özüsəslənən
alətlər: şaxşax, zınqırov, zəng
və s. Azərb. x.ç.a. musiqi yaradıcılığında
və xalq məişətində tətbiqi sahələrinə
görə ayrılır. Muğam
ifaçılığında tar, kamança, qaval; rəqslərin
müşayiətində tulum, balaban, zurna, tütək,
ney, nağara, qoşanağara, qaval, şaxşax və
laqquti; aşıq sənətində saz, o cümlədən,
aşıq ansambllarında
balaban, qoşanağara və nağara alətlərindən
istifadə olunur. Eyni zamanda, xalq musiqi ifaçılığında
geniş tətbiq olunan qarmon (yarımton düzülüşlü)
və klarnet kimi
alətlər də Azərbaycanda əsl xalq çalğı
alətinə çevrilmişdir.
X.ç.a.-nın tədrisi uşaq musiqi məktəblərində,
orta ixtisas musiqi
məktəblərində, musiqi kollecində və
musiqi texnikunlarında, ali musiqi təhsili ocaqlarında
həyata keçirilir. Bu alətlər xalqın məişətində
kök salmaqla yanaşı,
peşəkar musiqi sənətinin inkişafında da
böyük rol oynayır, onlardan həm solo, həm də
müxtəlif ansamblların və orkestrlərin tərkibində
geniş istifadə olunur. Həmçinin, Azərb. bəstəkarları
x.ç.a.-nı simfonik
orkestrin tərkibinə daxil edərək, yeni səs
tembrləri əldə
etməyə nail olub orijinal əsərlər
yaradırlar.